"Maşın"da 1 saat REPORTAJ FOTO


Şou-biznes 18 Okt 2017 17:29:00 372 0

"Maşın"da 1 saat  REPORTAJ  FOTO

ATV-də yayımlanan və böyük maraqlanla qarşılanan "Maşın" realiti şouda ötən gün mətbuatla görüş keçirilib.

Son.az azxeber.com-a istinadən xəbər verir ki, layihənin rəhbəri Murad Dadaşovun təşəbbüsü ilə baş tutan görüş səmimi məqamlarla yadda qalıb.

Sadəcə, bu görüşün dəyişməyən bir tərəfi olub: hər zaman olduğu kimi iştirakçılar yenə də qalmaqallı açıqlamaları və atmacaları ilə yadda qalıblar. 

Repçi Elşad Xose hər gün efirdə dediyi sözü jurnalistlərin yanında bir daha təkrarlayıb: "Raufa səs istədiyimə görə özümü bağışlaya bilmirəm".

Rauf Əhmədov isə Xosenin könlünü almaq üçün deyib: "Mən uşaqlıqdan Xosenin fanatı olmuşam, onun repləri ilə böyümüşəm. Sadəcə, məni yandıran o oldu ki, Elşad hər şeyi bilə-bilə, məndən inciyir".

Rauf daha sonra deyib: "Burada hamı hər şeyi bilir, amma susurlar və söyülən mənəm. Bu da məni yandırır. Talıb yaxşı oğlandır, "amma mən sözümün üstündə duranam" kəlməsi mənim xoşuma gəlmədi. Mən verilişdən çıxsam, bura maraqsız olacaq".


Xəbərə aid fotolar