AMB-nin notlarına tələb təklifdən 4 dəfə çox olub


İqtisadiyyat 18 Okt 2017 17:17:03 313 0

AMB-nin notlarına tələb təklifdən 4 dəfə çox olub

Bu gün Bakı Fond Birjasında qurumun qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100362S dövlət qeydiyyat nömrəli, 100 mln. manatlıq 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 15 investor ümumi məbləği 422 489 700 manat, qiyməti isə 99,2278 manat (10,01%) olan 20 sifariş təqdim edib.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti bu qədər müəyyən olunub. Qiymətli kağızların hamısı satılıb.

Notların ödəmə tarixi 15 noyabr 2017-cidir.