"Dediyi pulu ona versəydim, dostu olardım"


Şou-biznes 18 Okt 2017 17:13:55 376 0

"Dediyi pulu ona versəydim, dostu olardım"

Tanınmış aktyor İslam Mehrəliyev rəqqasə Oksana Rəsulova ilə dostluqlarına son qoyub. Bu haqda İslam Mehrəliyev Son.az-a danışıb:

"Dost sevilən, güvənilən və tez-tez görüşülən biridir. Təəssüf ki, "Maşın şou"da belə biri yox idi. Mənim həyatda çox dostlarım var. Amma incəsənət adamları deyil. İncəsənətdə olan dostlar sırf sənət yoldaşlarımdır. Bunlar ayrı-ayrı şeylərdir. Mən əkizlər bürcüyəm, əkizlər heç vaxt yalnız qalmaz. Əkizlər yalnız qalmağı özü istəyər. Əgər Oksananın "Maşın şou"nun finalında istədiyi pulu ona versəydim, dostu olardım".


Xəbərə aid fotolar