Gələn həftə suveren fondların rəhbərləri Ər-Riyadda toplaşacaq


İqtisadiyyat 18 Okt 2017 16:25:07 274 0

Gələn həftə suveren fondların rəhbərləri Ər-Riyadda toplaşacaq

Tədbirdə Azərbaycan Dövlət Neft Fondunun icraçı direktorunun da iştirakı gözlənilir

Oktyabrın 24-26-da Ər-Riyadda (Səudiyyə Ərəbistanı) dünyanın suveren ehtiyatlar fondlarının rəhbərləri bir araya gələcək.

“Report” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu məlumat yayıb.

Tədbirdə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun da iştirakı gözlənilir.