"Qarabağ"ın gənclərindən növbəti məğlubiyyət


İdman 18 Okt 2017 16:15:00 292 0

"Qarabağ"ın gənclərindən növbəti məğlubiyyət

UEFA Gənclər Liqasında 3-cü turu çərçivəsində “Qarabağ”ın 19 yaşlılardan ibarət komandası "Azərsun Arena"da "Atletico"lu  həmyaşıdları ilə qarşılaşıb. Oyun İspaniya klubunun 5:1 hesablı qələbəsi ilə başa çatıb. Ağdam klubunun heyətində yeganə qolu Yaroslav Dede vurub. 



Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda ilk oyunda “Çelsi”yə 0:5, ikinci görüşdə isə "Roma"ya isə 0:3 hesabı ilə uduzub.“Qarabağ” (Azərbaycan) – “Atletico” (İspaniya) - 1:5 
Qollar: Karlos İsaak, 8 (0:1), Yaroslav Deda, 18 (1:1), Klemento, 37 (1:2), Punal, 44 (1:3), 69 (1:4), Salido, 88 (1:5)