Generalın əmisi oğluna 12 il həbs verildi FOTO


Digərləri 18 Okt 2017 15:32:00 286 0

Generalın əmisi oğluna 12 il həbs verildi  FOTO

2014-cü ildə "Dağ yəhudiləri" dini icmasının evindən quldurluqla külli miqdarda pul əldə edilməsi ilə bağlı cinayət işi üzrə təqsirləndirilənlər barədə qərar verilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ittihama görə, Eldar Avadyayev 2014-cü ilin 6 dekabr tarixində "Dağ yahudi"ləri dini icmasının sədri Quba rayonu, Qırmızı qəsəbə sakini Boris Simanduyevin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Xalid Seyidov, Coşqun Əliyev, Türkanə Rəhmanova ilə əlbir olublar.

Onlar balta və bıçaqla silahlanaraq tanınmamaları üçün maska taxaraq həmin gün səhər saat 07 radələrində Xalid Seyidovun "İnfiniti" markalı avtomobili ilə Boris Sumanduyevin evinin qarşısına gəliblər.

Onlar evə daxil olaraq ev sahibini və bacısı Liza Simanduyevanı döyərək xəsarət yetiriblər. L.Simanduyeva basqınçılara müqavimət göstərərkən Coşqun Əliyev onu bıçaqlayıb. Bundan sonra özləri ilə gətirdikləri skotçla hər iki şəxsin əllərini və ağızlarını bağlayıb evi axtarmağa başlayıblar.

Boris Simanduyev

E.Avadyayev Qırmızı qəsəbədə yerləşən Sinaqoqda 20 min manat pul olduğunu öyrəndikdən sonra oranın açarlarını Borisdən alaraq Türkanə ilə birgə Sinqaqoqa gedib. Amma bir neçə dəfə cəhd etməsinə baxmayaraq oranın qapısını aça bilməyib. Eldar və Türkanə Sinaqoqdakı pulu götürə bilməyib təkrar evə qayıdıblar. Eldar evin mətbəxindəki seyfin qapısını balta ilə sındıraraq içərisindəki 395 min dollar, 91 600 manat və 28 min rubl pulu və müxtəlif sayda qızıl-zinət əşyalarını, qol saatlarını, qızıl sikkələrini götürüblər. Sonra isə pulu və qızılları saxlaması üçün Goranboy rayonunda yaşayan Əfqan İbrahimova veriblər. 

Hadisə baş verən gün Quba RPŞ-də Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə cinayət işi açılıb. Adıkeçən şəxslər bu iş üzrə təqsirləndirilərək həbs ediliblər.

Ə.İbrahimovun vəkili Cavid Rzazadə istintaqa vəsatət verərək bildirib ki, müvəkkilinin cinayətə heç bir aidiyyatı yoxdur: "Belə ki, Əfqan İbrahimov digər təqsirləndirilən şəxslərdən yalnız Eldar Avadyayevi tanıyıb, nə cinayətin törədildiyi vaxt, nə də ki, ondan əvvəl hadisənin baş verdiyi Quba rayonu ərazisində olub. Sadəcə dekabrın 6-da Eldar ona zəng vuraraq üzərində pul olduğunu, saxlamaq üçün ona vermək istədiyini deyib. O bildirib ki, gətirdiyi 160.000 ABŞ dollar nənəsi və xalasının evlərini satıb əldə etdiyi puldur, bir ovuc qızıl isə nənəsinə, xalasına və anasına məxsusdur".


Xəbərə aid fotolar