Qobustandakı ana ölümünün ilkin səbəbi məlum olub


Digərləri 18 Okt 2017 15:39:23 226 0

Qobustandakı ana ölümünün ilkin səbəbi məlum olub

Qobustan rayonunda doğuş zamanı baş vermiş ana ölümünün ilkin səbəbi məlum olub.

Bakı. İlhamə İsabalayeva – Qobustan rayonunda doğuş zamanı baş vermiş ana ölümünün ilkin səbəbi məlum olub. Trend-in məlumatına görə, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib ki, 1988-ci il təvəllüdlü Günəşli Zümrüdün ölümünə səbəbin ilkin olaraq, doğuşdan sonra baş verən qanaxma olduğu ehtimal edilir.. Ölümün daha dəqiq səbəbi isə tibbi ekstertizanın nəticələrindən sonra bəlli olacaq: "Meyit patomarfoloji təşrihə verilib. Eskpertizanın rəyi təxminən bir həftədən sonra hazır olacaq və daha dəqiq səbəb məlum olacaq". S.Məmmədova G.Zümrüdün dördüncü hamiləliyi və doğuşunun olduğunu da söyləyib.