Ayşən Mehdiyeva və Sərxan Bünyadzadənin konserti keçiriləcək


Kriminal 18 Okt 2017 15:26:00 434 0

Ayşən Mehdiyeva və Sərxan Bünyadzadənin konserti keçiriləcək

Oktyabrın 30-u saat 19:00-da Azərbaycan Televiziyası Mədəniyyət Kanalının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə  Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziyasının solistləri Ayşən Mehdiyeva və Sərxan Bünyadzadənin konserti keçiriləcək. Konsertdə muğam, xalq və bəstəkar mahnıları ifa olunacaq.

Son.az xəbər verir ki, ifaçıları Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək. Dirijor: Mustafa Aşurovdur.

Biletləri şəhərin Mərkəzləşdirilmiş Kassalarından və Asan Xidmət Mərkəzlərindən əldə edə bilərsiniz.