Premyer Liqada məşqçi istefası


İdman 18 Okt 2017 15:10:00 298 0

Premyer Liqada məşqçi istefası

İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası reallaşıb. 

Goal.az xəbər verir ki, "Leicester City" baş məşqçisi Kreyq Şekspiri istefaya göndərib. Buna klubun son vaxtlar uğursuz çıxış etməsi səbəb olub. Belə ki, "tülkülər" bu mövsüm Şekspirin rəhbərliyi altdında daxili çempionatda 8 oyuna 6 xal toplayıb və bu göstərici klub rəhbərliyini razı salmayıb. Qərara əsasən, mütəxəssis bu gün klubdan uzaqlaşdırılıb. 

Qeyd edək ki, Şekspir bu postda Klaudio Ranyerini əvəzləmişdi.