“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb


Digərləri 18 Okt 2017 15:05:00 295 0

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb

“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti (3/2017) sayı nəşr olunub.

Bakı. “Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti (3/2017) sayı nəşr olunub. Bu barədə Trend-ə Tərcümə Mərkəzindən məlumat verilib. Jurnalın bu sayında: * “Çağdaş Avstriya nəsri” rubrikasında – Peter Handkenin “Solaxay qadın” romanı; * “Azərbaycan ədəbiyyatı” rubrikasında – Şahmarın “Qoyungöz” hekayəsi; * “Buker mükafatı laureatları” rubrikasında – Kazuo İşiquronun “O günlərdən qalanlar” romanı; * “Fransız simvolizmi” rubrikasında – Ş.Bodler, P.Verlen, A.Rembonun şeirləri; * “Klassik tərcümələr” rubrikasında – Natiq Səfərovun çevirməsində Con Steynbekin “Basqın” hekayəsi; * Ezra Paundun “Keçmişə baxış və edilməməli bəzi şeylər” essesi; * “Rumın ədəbiyyatı” rubrikasında – Mirça Kertereskunun hekayələri; * “Korifeylər” rubrikasında – Toni Morrisonun “Evə qayıdış” romanı və s. maraqlı yazılar yer alıb.