Azərbaycanda yeni internetradio platforması işə salınacaq


Digərləri 18 Okt 2017 14:52:00 349 0

Azərbaycanda yeni internetradio platforması işə salınacaq

"Bu ilin dekabr ayında KATV1 kabel TV operatorunun "Myvideo" internet saytında yeni radioyayım platformasının anons ediləcəyi gözlənilir".

Son.az xəbər verir ki, bunu Trend-ə "Myvideo" layihəsinin rəhbəri Əli Əliyev deyib.

Onun sözlərinə görə, hazırda platformanın təkmilləşdirilməsi ilə bağlı işlər davam etdirilir.

"Myvideo" radioyayım platformasında bütün yerli radiokanallar, eləcə də beynəlxalq populyar platformalar yer alacaq.