Qocalar evində yaşlı qadına edilən işgəncə görüntüləri ortaya çıxdı VİDEO


Dünya 18 Okt 2017 14:32:00 352 0

Qocalar evində yaşlı qadına edilən işgəncə görüntüləri ortaya çıxdı  VİDEO

Qocalar evində yaşlılara edilən işgəncə görüntülərini ortaya çıxaran aparıcı Zahide Yetiş verilişindən üsyan edib.

Son.az Haberler-ə istinadən xəbər verir ki, Show TV ekranlarında Zahide Yetiş aparıcısı olduğu verilişdə qocalar evində yaşlı bir qadına edilən işgəncəni təqdim edib.

Kadrlarda başlarına yaylıq bağlamış iki baxıcının yaşlı və xəstə olan bir qadını ələ saldıqları görünür. "Səni aparmağa gəldik" deyərək yaşlı qadını ölümə gedəcəyinə inandırmağa çalışan iki nəfər, uzun müddət insan qürurunu ayaq altına atmağa davam edərək, qəhqəhələr içində bu əxlaqsız davranışlarına davam ediblər.

Verilişin aparıcısı Zahide Yetiş bu görüntülərin Whatsapp-la göndərildiyini bildirərək, sözlərinə davam edib: "Bu onların da anası ola bilərdi, sizin də ananız ola bilərdi. Mən bu görüntüləri izləyincə çox pis oluram. Siz kimsiniz axı, siz kimsiniz! Sizin heçmi utanmağınız yoxdur, Allahdan qorxunuz yoxdur?"

Bu görüntülərdən sonra, hərəkətə keçən aidiyyatı qurumlar məsələni araşdırmağa başlayıb.