Heydər Əliyev Sarayında yeni müzikltamaşa təqdim olunacaq


Kriminal 18 Okt 2017 14:20:00 399 0

Heydər Əliyev Sarayında yeni müzikltamaşa təqdim olunacaq

Heydər Əliyev Sarayında Ankara teatrının iştirakı ilə, Keloğlan Masalları Müzikali-2 "Uzun-Huysuz Kosmosda" yeni interaktiv müzikl-tamaşa təqdim olunacaq.

Türk cizgi filmindən səhnəyə uyğunlaşdırılan, musiqisi və ssenarisi peşakar qrup tərəfindən hazırlanan və yüz minlərlə tamaşaçının rəğbətini qazanan Keloğlan Masalları Müzikalinin yeni "Uzun-Huysuz Kosmosda" müzikl-tamaşası 22 oktyabrda uşaqların ixtiyarına veriləcək.

Keloğlan Masalları Müzikali-2 tamaşasında uşaqları növbəti həyacanlandırıcı və əyləncəli tamaşa gözləyir.

Huysuz və Uzun kəndliləri meydana toplayaraq hamının gözünün qarşısında günəşin işığını söndürürlər. Bunu görən Keloğlan və dostları Huysuzun sehirli güclərə sahib olmasının başlarına böyük bəla gətirəcəyini düşünürlər. Bununlada, Keloğlan Bilgecan Dedeyə baş verənləri izah edir və həyacanverici məcara başlayır. Ancaq Huysuz və Uzun çoxdan başqa bir planetə gedib və üstəlik dünyanın ən dəyərli kitabını özləri ilə aparıblar. Görəsən qəhrəmanlarımız baş verən hadisələrin sirrini tapa biləcəklərmi?

Bu suala cavab tapmaq istəyən uşaqları interaktiv müzikl-tamaşaya dəvət edirik.

Yalnız bir gün və iki seans olacaq müzikl-tamaşa mahnıları, rəqsləri, qəhrəmanları, həyəcan verici mövzusu ilə uşaqlara və həmçinin böyüklərə möhtəşəm əyləncə vəd edir.


Xəbərə aid fotolar