Təcili yardım can verən uşağın yanına getmədi


Dünya 18 Okt 2017 14:06:00 332 0

Təcili yardım can verən uşağın yanına getmədi

Rusiyanın Penza şəhərində təcili yardım heyəti can verən uşağı ölümdən qurtarmaq üçün çağırışa getməyib.

Rusiya İstintaq Komitəsinin (RİK) regional idarəsi faktla bağlı araşdırmalara başlayıb.

Son.az "Penzenskaya Pravda"ya istinadən bildirir ki, oktyabrın 12-də Penza şəhərindəki Konnozavodskaya küçəsində qardaşı ilə yolu keçən 9 yaşlı oğlanı maşın vurub.

Olay axşam saatlarında baş verib və yerli vaxtla 19.05-də Təcili Yardıma zəng vurulub.

Hadisə yerinə reanimobil isə bir saat sonra gəlib. Ağır xəsarətlər almış uşaq artıq ölmüşdü.