Zidan: "Tottenham"lə oyunda heç-heçə normal nəticədir"


İdman 18 Okt 2017 14:07:00 316 0

Zidan: "Tottenham"lə oyunda heç-heçə normal nəticədir"

"Real Madrid"in baş məşqçisi Zinəddin Zidan "Tottenham"lə oyundan (1:1) sonra fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, fransalı mütəxəsis nəticənin normal olduğunu qeyd edib.

"Biz güclü komandaya qarşı oynadıq. Daha çox qol vura bilərdik, amma belə alındı. Nəticə pis deyil. Növbəti oyun Londonda olacaq."Wembley"də qalib gəlməyə çalışacağıq. Artıq növbəti oyun barədə düşünürük. "Wembley" "Tottenham"ın öz stadionu deyil, amma Çempionlar Liqasına yad məkan deyil.

Mən zərurət meydana çıxmasa, əvəzləmə etmirəm. Asensio Benzemanın yorulmasına görə, Vazkes isə yeni nəfəs üçün meydana buraxıldı. Navas isə, həmişəki kimi yaxşı idi".