Bakıda məhərrəm ayında kimlər toy edir? – SİYAHI


Digərləri 18 Okt 2017 13:46:00 289 0

Bakıda məhərrəm ayında kimlər toy edir? – SİYAHI

Artıq bir aya yaxındır ki, Hicri-qəməri təqvimi ilə Məhərrəm ayını yaşayırıq. Adətən, İmam Hüseyn və tərəfdarlarının qətlə yetirildiyi bu ay matəm ayı kimi dəyərləndirilir. Bu baxımdan, məhərrəmliyi dəvətnamədən, əlavə xərcdən çəkinən insanlar üçün şükran ayı da hesab etmək olar.  Çünki adətən, əksəriyyət bu ayda toy etməkdən çəkinir. Buna baxmayaraq, fərqli düşünən insanlar da var.

Maraqlıdır, məhərrəm ayı girəndən indiyə kimi restoranlarda toylar olubmu?

Son.az xəbər verir ki, modern.az saytı bu sualla bir neçə restorana müraciət edib.

"Mega Palace" şadlıq evinin əməkdaşı Vüsal Şirinov: "Hansısa restoranlarda ola bilər ki, kiçik məclislər olsun. Amma biz şadlıq evi olduğumuz üçün ancaq toy işlərinə baxırıq. Bu baxımdan, məhərrəmlikdə hər hansı toy olmayıb. Lakin 2-3 ay qabaqcadan məhərrəmlikdən sonrakı aylar üçün sifarişlər var".

"Çanaqqala" restoranının əməkdaşı Rafiq: "Bilirsiniz ki, azərbaycanlılar məhərrəmlik ayında toy etməyin tərəfdarı deyil. Buna görə də bu ayda indiyə kimi hər hansı toy olmayıb. Növbəti aylar üçün isə indidən  müraciətlər var. Bunlar nişan, xınayaxdı mərasimləridir".

"Gilavar" restoranının administratoru Rufan Qasımov: "Neçə ildir, bu sahədə çalışmağıma baxmayaraq, hələ  məhərrəmlik ayında toylar üçün müraciət edənlərlə rastlaşmamışam. Bilirsiniz, azərbaycanlılar bu ayda toy etməkdən çəkinirlər. Əksəriyyəti düşünür ki, bu ayda toy etsə, ya boşanacaqlar, ya övladları olmayacaq. Tutaq ki, hansısa əcnəbi üçün məhərrəmliyin önəmi yoxdur və toy üçün müraciət edə bilər. Lakin onun da qonaqları azərbaycanlı olacaq axı. Bu baxımdan, hələlik belə bir şeylə rastlaşmamışam. Məhərrəmlikdən sonrası üçün isə artıq sifarişlərimiz var".