Almazbek Atambayev qazaxıstanlı həmkarı haqqında söylədiyi fikirlərə görə üzr istəyib
Dünya 18 Okt 2017 12:37:33 364 0
Qırğızıstan prezidenti: "Bütün qonşularımızla sülh içində yaşamalıyıq"
"Report" "BNews.kz" portalına istinadən xəbər verir ki, A.Atambayev bu barədə Bişkekdə ən yaxşı tələbələrə Prezident təqaüdü təqdim edilməsi mərasimində Qırğızıstan-Qazaxıstan sərhədindəki vəziyyət barədə danışan zaman bildirib.
"Qazaxıstan prezidenti haqqında emosional çıxışım zamanı səhv etmişəm. Bu günlər ərzində bu barədə düşünmüşəm", - o deyib.
O, mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini vurğulayaraq söyləyib ki, bütün qonşularımızla sülh içində yaşamalıyıq.
Qeyd edək ki, oktyabrın 10-dan etibarən Qırğızıstan-Qazaxıstan dövlət sərhədində nəqliyyat vasitələrinin və şəxslərin buraxılışı gücləndirilmiş nəzarət formasında həyata keçirilir. Bu səbəbdən sərhəddə sərnişinlərin, yüklərin və nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.