Sabiq bank əməkdaşının məhkəməsində hazırda həbsdə olan biznesmen ifadə verib


Sosial 18 Okt 2017 11:55:14 307 0

Sabiq bank əməkdaşının məhkəməsində hazırda həbsdə olan biznesmen ifadə verib

Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rəfael Abdurrəhimov ifadə verib.

O, hazırda həbsdə olduğunu, 2009-cu ildən bu iş üzrə azadlıqdan məhrum edildiyini bildirib.

R.Abdurrəhimov söyləyib ki, İ.Qasımovla "Atabank"ın Gəncə filialının müdiri olan zaman tanış olublar.

Özünün bizneslə məşğul olduğunu deyən R.Abdurrəhimov İ.Qasımovun rəhbərlik etdiyi filialdan 100 min dollar kreditin qanunsuz olaraq götürülməsi epizodu ilə bağlı məlumatı olmadığını deyib: "İlham Qasımov daha sonra "Atabank"ın Yasamal filialında işləyib və həmin ərəfədə də münasibətlərimiz davam edib".

O, tanışlarına İ.Qasımov tərəfindən kreditlər verildiyini və bunun üçün ondan xahiş etdiyini də deyib.

Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, İ.Qasımov əvvəllər "Kapital Bank"da, daha sonra VTB Bankda işləyib. O, işdən çıxdıqdan sonra Rusiyaya gedib və beş il orada yaşayıb. Onun barəsində beynəlxalq səviyyədə axtarış elan edilib və tutularaq Azərbaycana gətirilib.

İ.Qasımov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) və digər maddəsi ilə ittiham olunur.