Qvardiola "Napoli" üzərindəki qələbəni katalon separatçılara həsr edib


İdman 18 Okt 2017 11:54:00 310 0

Qvardiola "Napoli" üzərindəki qələbəni katalon separatçılara həsr edib

"Manchester City" Çempionlar Liqasının qrup mərhələsində "Napoli"ni 2:1 hesabıyla məğlub edib. Goal.az xəbər verir ki, "City"nin baş məşqçisi oyun barədə fikirlərini bölüşüb və qələbəni Kataloniyanın müstəqilliyinə çalışan Jordi Sançez və Jordi Kuişarta həsr etdiklərini bildirib. Adı çəkilən şəxslər separatizm hərəkatının liderləridir. Onları 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

"Bu qələbəni onlara həsr etmək üçün münasib zamandır. Kataloniyada biz göstərdik ki, vətəndaşlıq digər ideyalardan yüksəkdə dayanır. Bu hərəkatın nümayəndələri öz əqidəsini ifadə edir, vətəndaşların istəyinə görə mübarizə aparırdı. ümid edirəm ki, yaxın vaxtlarda onlar azad olunacaq.

"Napoli" ilə görüşdə 90 dəqiqə üstün olacağımızı gözləmirdim. Rəqib mütəşəkkil komandadır. Onlar sadə və sürətli oyun göstərir. Bir-iki ötürmə ilə rəqib qapısına yaxınlaşmağa çalışırlar. Topu heç kim özündə çox saxlamır. Gördüyüm ən yaxşı komandalardan biridir. Çox yaxşı oynamasan, onlara qalib gəlmək mümkün deyil. Bunu etdiyimizə görə sevinirəm. Hesab edirəm ki, "Napoli" Avropanın ən dəyərli kollektivlərindən biridir. Onlar bizi tam gücümüzlə oynamağa məcbur etdilər" - Qvardiola deyib.