Moskvada müştərilərini zəhərləyən erməni taksi sürücüsünə hökm oxunub


Dünya 18 Okt 2017 11:33:12 262 0

Moskvada müştərilərini zəhərləyən erməni taksi sürücüsünə hökm oxunub

Axtarış nəticəsində onun mənzilində 20 ədəd cib telefonu, 190 həb gücülü psixotrop klozapin preparatı və 98 ədəd qol saatı aşkarlanıb

Moskvada takisi sürücüsü işləyən Ermənistan vətəndaşı 29 yaşlı Vaan Karapetyan müştərilərini zəhərləməkdə təqsirli bilinərək, 1,5 ay azadlıqdan məhrum edilib.

“Report” “Moskva” agentliyinə istinadən xəbər verir ki, erməni taksi sürücüsünün kirayədə yaşadığı mənzildə aparılan axtarış nəticəsində 20 ədəd cib telefonu, 190 həb gücülü psixotrop klozapin preparatı və 98 ədəd qol saatı aşkarlanıb.

İnformasiyaya əsasən, V.Karapetyan Rusiya Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan zərərçəkənin ölümünə şərait yaratmaq, sağlamlığa xəsarət yetirmək və sağlamlığa ağır zərər yetirməklə qarət maddələri ilə ittiham olunub. 

Məlumata görə, V.Karapetyan bu il iyunun 30-da radioaparıcı Artur Bitovun ölümü faktı üzrə cinayət məsuliyyətinə cəlb edilib. V.Karapetyan 2017-ci il oktyabrın 16-da Moskva ətrafında tutulub və onun barəsində həbs qətiimkan tədbiri seçilib.

Xəbərə əsasən, Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi rəhbərinin köməkçisi Yuliya İvanova bir müddət əvvəl bildirib ki, cari il aprelin 9-da Moskvada Dvintesa küçəsində üzərində xəsarətlər olan 51 yaşlı kişinin meyiti aşkar edilib. Ekspertizada onun etil spirti və psoxotrop preparatdan zəhərləndiyini müəyyən olunub.

İstintaqın məlumatına görə, V.Karapetyan 2015-ci ildən takisi fəaliyyəti ilə məşğul olub.