Gədəbəydə 38 yaşlı hamilə qadın sirkə turşusu içdi


Digərləri 18 Okt 2017 11:02:00 309 0

Gədəbəydə 38 yaşlı hamilə qadın sirkə turşusu içdi

Gədəbəy rayonunda intihara cəhd olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, rayon sakini, 1979-cu il təvəllüdlü Ağakişiyea Maya Eyvaz qızı yaşadığı evdə essensiya (sirkə turşusu) içərək intihara cəhd edib.

Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.