Rusiya baş nazirinin Ermənistana səfərinin tarixi açıqlanıb


Dünya 18 Okt 2017 10:55:55 305 0

Rusiya baş nazirinin Ermənistana səfərinin tarixi açıqlanıb

Səfəri təşkil etmək məqsədi təhlükəsizlik, protokol və mətbuat xidmətinin əməkdaşları Yerevana səfər edəcək

Rusiyanın baş naziri Dmitri Medvedev oktyabrın 24-də Yerevana səfər edəcək.

“Report” xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

İnformasiyaya əsasən, səfəri təşkil etmək məqsədi ilə oktyabrın 18-da xüsusi reyslə Rusiya baş nazirinin təhlükəsizlik, protokol və mətbuat xidmətinin əməkdaşları Ermənistana gedəcək.