Bakının əsas yol qovşaqlarından birində hərəkət mədudlaşdırılacaq


Digərləri 18 Okt 2017 10:46:00 285 0

Bakının əsas yol qovşaqlarından birində hərəkət mədudlaşdırılacaq

"Azəravtoyol" ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri çərçivəsində bu gün axşam saat 22:00-dan etibarən Heydər Əliyev prospekti, Babək prospekti və Yusif Səfərov küçələrinin kəsişməsində, "Ramstore" yol qovşağında üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

Son.az bildirir ki, adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən (yol bağlanmadan) mədudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.