Kestutis Yankauskas: “Azərbaycanda qadınlar və uşaqlar hələ də insan alverinin qurbanı olurlar”


Sosial 18 Okt 2017 10:03:54 344 0

Kestutis Yankauskas: “Azərbaycanda qadınlar və uşaqlar hələ də insan alverinin qurbanı olurlar”

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri: "Azərbaycan bu problemin qarşısı alması üçün çoxlu işlər görüb"

"Avropa İttifaqının və Azərbaycanın həyata keçirdiyi işlərə baxmayaraq, ölkədə qadınlar və uşaqlar hələ də insan alverinin qurbanı olur".

"Report"un məlumatına görə, bunu Bakıda keçirilən “Avropa İttifaqının İnsan Alverinə Qarşı Mübarizə” günü adlı tədbirdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O bildirib ki, Azərbaycan bu problemin qarşısı alması üçün çoxlu işlər görüb: "Bu, həmçinin qanunverici sahəni də əhatə edib. Avropa İttifaqı bu addımları dəstəkləyir və gələcəkdə də dəstəkləyəcək. Biz bu sahədə Azərbaycanda həyata keçirilən layihələrə maliyyə ayırırıq. Əminən ki, birgə səylərimiz nəticəsində bu problemi aradan qaldıracağıq".

Onun sözlərinə görə, insan alveri dünyada çoxmilyardlıq bir biznesə çevrilib və insanı bir növ əşya kimi alıb-satırlar: "Bu biznesin böyük gəliri olmasaydı heç mövcud da olmazdı. Avropa İttifaqı bu problemin qarşısının alınması üçün böyük işlər görür. Bizim 5 illik strategiyamız bu məqsədlərə yönəlib".