Azərbaycan gömrükçüləri avtomobildə gizlədilmiş mindən çox fişəngi aşkara çıxarıb


Sosial 18 Okt 2017 09:48:08 323 0

Azərbaycan gömrükçüləri avtomobildə gizlədilmiş mindən çox fişəngi aşkara çıxarıb

Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama nəticəsində, avtomobilin sağ və sol qapılarının altında və arxa oturacağın arxasında xüsusi düzəldilmiş gizli saxlanc yerlərində "Magical Shote" adlı 1130 ədəd fişəng aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.