Pakistanda terror aktı törədilib, azı 6 polis öldürülüb, 22 nəfər yaralanıb


Dünya 18 Okt 2017 09:50:42 415 0

Pakistanda terror aktı törədilib, azı 6 polis öldürülüb, 22 nəfər yaralanıb

İçərsində 35 polis əməkdaşının olduğu avtomobil yola qoyulan minaya düşərək partlayıb

Pakistanın şimal-qərbində törədilən terror aktı nəticəsində azı 6 polis əməkdaşı öldürülüb, 22 nəfər yaralanıb.

“Report” “GEO TV”yə istinadən xəbər verir ki, məlumatı təhlükəsizlik xidməti yayıb.

İnformasiyaya əsasən, içərsində 35 polis əməkdaşının olduğu avtomobil yola qoyulan minaya düşərək partlayıb.

Hadisənin səbəbi araşdırılır.