Oğru dünyasında yeni müharibə başlayıb


Kriminal 18 Okt 2017 09:25:00 417 0

Oğru dünyasında yeni müharibə başlayıb

Rusiyanın Sankt-Peterburq şəhərindəki "Krestı" həbsxanasında cəza çəkən "Albert Rıjiy" ləqəbli avtoritet Əli  Heydərov Moskvaya etap olunub.

Rusiyanın primecrime.ru  saytının  məlumatına görə, "Albert Rıjiy"lə bərabər "Krestı" həbsxanasında "polejeniya"ya baxan "Qoçi"  ləqəbli "qanuni oğru"nun məktubu da Moskvadakı 4 saylı cəzaçəkmə müəssiəsinə daxil olub. Həmin məktubda Moskvadakı dustaqlara bildirilir ki, "Albert Rıjıy" "qanuni oğru"dur, onun adına hörmət edilməlidir. "Gəlin onu Oğru Evimizdə" salamlayaq, uzun ömür, cansağlığı, sevincli günlər arzulayaq".

Son.az xəbər verir ki, "Yeni Müsavat"ın yazdığına görə, Əli Heydərov kriminal aləmdə "Albert Rıjiy" və "Albert Gəncəli" kimi tanınır. O, 2017-ci ilin yanvarında  7 il müddətinə azadlıqdan məhrum edilib. 36 yaşlı azərbaycanlı kriminal avtoritetin məhkəməsi iki ilə yaxın Sankt-Peterbuq şəhər Frunze Rayon Məhkəməsində davam edib.  Ə.Heydərov qanunsuz olaraq dövlət sərhədini keçməyə, saxta sənəddən istifadədə və qarətlərdə günahkar bilinirdi.

2014-cü ildən həbsdə olan "qanuni oğru" əsasən 2013-cü ildə baş vermiş bir soyğunçuluq hadisəsinə görə ittiham olunub. Belə ki, həmin vaxt internetdə "JEEP" avtomobilinin sərfəli qiymətə satıldığı haqda elan yerləşdirilib. Avtomobili almaq istəyən müştərilərdən biri görüş yerinə gələrkən cinayətkarlar onu soyub, pulunu alıblar. Cinayət işini Sankt-Peterburqun Fruzenski rayonunun prokurorluğu nəzarətə götürüb. İstintaq iddia edirdi ki, cinayət işinin təşkilatçısı azərbaycanlı avtoritetdir. 

"Albert Rıjıy" kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. "Albert Rıjıy" ləqəbi ilə məşhurlaşan Ə.Heydərov "qanuni oğru" adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən  alıb. "Ded Xasan" klanında yer alan "Albert Rıjıy" Rusiyanın Şimal-Qərb regionu üzrə "smotryayuşi" təyin edilib.

"Ded Xasan"ın qətlindən sonra da ("Ded Xasan" 2013-cü ilin yanvar ayının 16-da öldürülüb) klana sadiq qalıb. O, Rusiya vətəndaşı ilə evlənib və iki uşağı Arxengelskdə qeydiyyatdadır. Bu səbəbdən də Ə.Hüseynov həm də "Albert Arxangelsk" kimi də tanınır. Xarakter etibarilə sərt olan azərbaycanlı "qanuni oğru" bahalı maşınlar həvəskarıdır və tez-tez avtomobillərini dəyişir. 

Onun "Lotu Quli" (Nadir Səlifov) ilə münasibətlərinin hansı səbəbdən pis olduğu bilinmir, çünki onların hər ikisi "Ded Xasan" klanı ilə yaxın əlaqələrə malik olublar. 2014-cü ildə isə "Albert Rıjıy"a sui-qəsdlə bağlı Sankt-Peterburqda  keçirilən məhkəmədə əsas sifarişçi kimi "Lotu Quli"nin adı hallanırdı.