Hündürlüyü iki metr olan düyü növü təqdim edilib


Digərləri 18 Okt 2017 08:59:00 309 0

Hündürlüyü iki metr olan düyü növü təqdim edilib

Çində düyünün 2,2 metrə qədər arta bilən yeni növü təqdim edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, nəhəng düyü Çinin Hunan əyalətinin Şaoyan, Çande, Çjuçjou və Çanşa şəhərlərində artıq əkilib. Orta hündürlüyü 1,8 metrdən artıq olan düyünün məhsuldarlığının hər hektardan 11,5 tondan çox təşkil edəcəyi gözlənilir. Bu, düyünün adi növlərinin məhsuldarlığından 15-20 faiz çoxdur.