Qonşusu ilə mübahisə etdi, bıçaqlandı


Kriminal 18 Okt 2017 08:49:00 397 0

Qonşusu ilə mübahisə etdi, bıçaqlandı

Gəncə sakini bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Son.az APA-ya istinadən xəbər verir ki, şəhərin Məhsəti qəsəbə sakini 1991-ci il təvəllüdlü Verdiyev Xəyal bədənin müxtəlif hissələrinin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətin kafi olduğu bildirilir.

İlkin məlumata görə, X.Verdiyev qonşusu ilə mübahisə edən zaman bıçaq xəsarətləri alıb.   Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.