Qətər Səudiyyə Ərəbistanını ölkədə rejim dəyişikliyinə cəhddə ittiham edib


Dünya 18 Okt 2017 08:19:15 321 0

Qətər Səudiyyə Ərəbistanını ölkədə rejim dəyişikliyinə cəhddə ittiham edib

Biz Ər-Riyadın insanları necə hökumətə qarşı çıxmağa çağırdığını görürük

Qətərin Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanını ictimaiyyətə təsir göstərmək və ölkədə rejim dəyişikliyinə cəhd göstərməkdə ittiham edib.

“Report” xəbər verir ki, müvafiq bəyanatla Qətərin XİN rəhbəri Məhəmməd bin Əbdül Rəhman ət-Tani çıxış edib.

"Biz görürük ki, (Səudiyyə Ərəbistanı. - Report) hökuməti rejimin dəyişdirilməsindən danışır. Biz hakimiyyətin insanları necə gedib öz hökumətlərinə etiraz etməyə çağırdığını görürük, burada söhbət hakimiyyət dəyişikliyindən gedir", — deyə Ət-Tani CNBC-yə müsahibəsində bildirib.