Piyadanı maşın vurub


Digərləri 18 Okt 2017 07:53:00 259 0

Piyadanı maşın vurub

Yaralının vəziyyəti orta-ağırdır

Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Digah qəsəbəsində 1985-ci il təvəllüdlü Quliyev Mirəli Füzuli oğlu yolu keçmək istəyən zaman baş verib. Onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.