Yol polisi həm sevinir, həm də çox narahatdır Bakı piyadaların əcəl yerinə çevrilir


Digərləri 18 Okt 2017 07:21:00 235 0

Yol polisi həm sevinir, həm də çox narahatdır  Bakı piyadaların əcəl yerinə çevrilir

Təcili və təxirəsalınmaz tədbirlər görülməsi tələb olunur

2017-ci ilin 9 ayı ərzində respublikada 1334 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 554 nəfər həlak olub, 1260 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan paytaxt Bakının payına düşən 450 yol qəzasında 139 nəfər həlak olub, 392 nəfər isə xəsarət alıb.

Bu barədə Son.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, ötən ilin analoji dövrü ilə müqayisədə ölkə üzrə yol qəzalarının sayında 165 % azalma olub. Nəticədə 17 ölüm, 295 xəsarət faktı azalıb.

Bakı şəhəri üzrə yol-nəqliyyat hadisələrinə gəlincə isə, V.Əsədov qeyd edib ki, ümumiyyətlə, son illər həm hadisələrin, eyni zamanda ölüm və xəsarət hallarının sayında azalma müşahidə olunur: "Elə təkcə onu demək kifayətdir ki, 2013-cü illə müqayisədə ötən il paytaxtdakı yol qəzalarının statistikasında 327 hadisənin, o cümlədən 150 ölüm, 309 xəsarət faktının azaldığı qeydə alınıb. Bu çox müsbət tendensiyadır və bizi çox sevindirir. Bütün bunlar yol polisinin məqsədyönlü tədbirlər görməsi, müasir  texnologiyaların tətbiqi və ictimaiyyət arasında düzgün təbliğat aparılması nəticəsində əldə olunub". Son 5 ildə Bakıda baş vermiş yol qəzalarının statistik təhlili:

Onun sözlərinə görə, bu ilin 9 ayında Bakıda yol-nəqliyyat hadisələrinin 95-i (ümumi hadisələrin 21,1% -i) sürət həddinin aşılması səbəbindən baş verib. Nəticədə 52 nəfər (37,4 %) ölüb, 53 nəfər (13%) yaralanıb.

Qarşı zolağa çıxmaqla ötmə, manevretmə qaydalarının pozulması səbəbindən 212 yol qəzası baş verib. Nəticədə 51 nəfər ölüb, 207 nəfər yaralanıb. Yol ayrıclarının keçmə qaydalarının pozulması səbəbindən baş vermiş 33 hadisə nəticəsində 4 nəfər ölüb, 42 nəfər xəsarət alıb.