18 il əvvəl bu kitabda yazılanlar GERÇƏKLƏŞİR FOTO


Digərləri 18 Okt 2017 05:30:00 296 0

18 il əvvəl bu kitabda yazılanlar GERÇƏKLƏŞİR  FOTO

Maykrosoftun qurucusu və dünyanın ən zəngin adamlarından olan Bill Qeytsin 1999-cu ildə yazdığı "Düşüncə sürətindəki iş" adlı kitabındakı təxminlərin demək olar ki, hamısı gerçəkləşib.

Son.az Qeytsin reallaşan təxminlərini təqdim edir.

Avtomatik qiymət müqayisə sistemi

B.Qeytsin 1999-cu ildə haqqında danışdığı bu texnologiya bu gün Quql, Amazon, Neks Taq kimi saytlarda çox rahatlıqla istifadə edilir.

Mobil cihazlar

"İnsanlar harada olsalar da, kiçik cihazlarla işlərini, uçuş saatlarını idarə edəcək, xəbərləri oxuyacaq, maliyyə dəyişikliklərini izləyə biləcəklər" - deyə B.Qeyts illər əvvəl kitabında yazmışdı. İndi üzərimizdəki telefon və saatlar məhz bu işləri həyata keçirə bilir.

İnternetdən mühasibatlıq və sağlamlıq məlumatlarının idarə edilməsi Düzdür, səhiyyədə elektron sistemlərdən istifadə istənilən səviyyədə deyil. Lakin internet vasitəsilə həkimin seçilməsi, müayinə vaxtının dəqiqləşdirilməsi səhiyyə sistemindəki çətinlikləri bir az azalda bilib.

Şəxsi assistentlər

B.Qeytsin "e-maillərinizə sizin üçün nəzarət edəcək, istədiyiniz məlumatı sizə çatdıracaq, hazırlayacağınız yemək üçün lazım olan ərzaqların siyahısını müəyyən edəcək" assistentlər ideyası son illər Quqlun layihələrindən biridir. Bundan başqa, "Nest" kimi ağıllı cihazlar da gündəlik işlərinizi qeydə almaqdan evin temperaturunu müəyyən etməyə qədər bir çox işlərdə köməklik edir. Quqlun inkişaf etdirdiyi səsli texnologiya ilə "eviniz" sizə e-maillərinizi oxuya bilər.

Sosial media

"Vebsaytlar ailə və dostlarınızla söhbətləriniz, tədbirlərinizi planlamağınıza kömək edəcək. Ölkələr təhlükəsizlikdən şəhər planlaşdırmasına qədər hər şeyi internetdə müzakirəyə çıxaracaq" - bu məsələ də B.Qeytsin kitabında qeyd edilib.


Xəbərə aid fotolar