Bakıda yol kənarında dayanan iki nəfəri avtobus vurub


Sosial 18 Okt 2017 04:22:33 333 0

Bakıda yol kənarında dayanan iki nəfəri avtobus vurub

Hadisə metronun Neftçilər stansiyası yaxınlığında baş verib

Bakının Nizami rayonunda avtobus iki gənc oğlanı vurub.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi metronun Neftçilər stansiyası yaxınlığında baş verib.

Yol kənarında dayanan 1992-ci il təvəllüdlü Rəhimov Fəqani Vəfadar oğlu və eyni yaşlı Əliyev Ruslan Qahir oğlunu avtobus vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayonu Polis İdarəsində araşdırma aparılır.