Abşeronda piyadanı maşın vurub


Sosial 18 Okt 2017 01:23:07 306 0

Abşeronda piyadanı maşın vurub

Yaralının vəziyyəti orta-ağırdır

Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Digah qəsəbəsində 1985-ci il təvəllüdlü Quliyev Mirəli Füzuli oğlu yolu keçmək istəyən zaman baş verib. Onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.