Günün qoroskopu: olayların bir çoxunu əvvəlcədən təxminləmək mümkündür


Digərləri 18 Okt 2017 00:01:00 269 0

Günün qoroskopu: olayların bir çoxunu əvvəlcədən təxminləmək mümkündür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Diqqətli olun. Yaxın ətrafınızdakı insanların istəklərini anlamağa cəhd göstərin. İşgüzar tərəfdaşınız və ya həmkarınızın əhvalı pis ola bilər. Ona görə də soyuqqanlı davranmağınız gərəkdir. Günün ikinci yarısında münasibətləri gərməyin. Münaqişə səbəbkarı olmayın. Danışıqlar və ya söhbət əsnasında problemli mövzuların təhlilinə başlamayın. Əhəmiyyətli məsələlərdən birinin həllini ertələmək olar.  Sevdiyiniz insanla ünsiyyətdə diqqətli, səbrli olun. Güzəştə meylli insan təsiri bağışlayın.

Buğa - Tərəfdaşlar və həmkarlarla münasibətləri daha da inkişaf etdirin. Yeni layihənin icrasına başlamaq, ideyanı gerçəkləşdirmək fikriniz varsa, aktiv olun. Süstlüyə qapılmayın. Qarşı tərəfi dinləyin, onun sözünü kəsməyin. Günün ikinci yarısında ehtiyatsızlıqla söylənən kəlmə indiyədək çətinliklə yaradılan əlaqələri poza bilər. Yaxınlarınızla münasibətlərdə səmimi olun. Yalan danışmayın. Yeni müttəfiq qazanmaq zamanıdır.

Əkizlər - Yaradıcılıq fəaliyyəti ilə məşğul olanları uğur gözləyir. Tərəfdaş və müttəfiqlərinizin qatıldıqları tədbirdə iştirak edin. Onlardan dəstək alacaq, yeni ideyaları paylaşmaq şansı əldə edəcəksiniz. Təcili yola çıxmaq zərurətinin yarandığı situasiya formalaşa bilər. Sükan arxasında ehtiyatlı olun. Problemlər riski artır. Günün ikinci yarısında dostların sözlərinə qulaq asın. Axşam saatlarını evdə keçirmək olar. Romantik görüşü təxirə salın. Vaxtınızı sevdiyiniz insana həsr edin.

Xərçəng - Asan gün deyil. İstənilən məqsədə çatmaq üçün adi günlərlə müqayisədə daha çox çalışmalı olacaqsınız. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Bütün sədləri dəf etmək üçün enerjiniz yetərincədir. Günün ikinci yarısında maliyyə fonu uğurlu deyil. Mənasız xərclərə yol verməyin. Romantik təmaslar üçün yaxşı zamandır. Sevdiyiniz insanla təmaslar sizi sevindirəcək. Dəvət aldığınız tədbirlərə qatılın. Yeni tanışlıqlar olacaq. Axşam saatlarında normal istirahət edin.

Şir - Sayıq olun. Mühüm sənədlərin hazırlanmasında, hesabatların tərtibatında, həmkarlar və tərəfdaşlarla qarşılıqlı əlaqələrdə maksimal dərəcədə diqqətlə davranın. Texniki gecikmələr, avadanlığın sıradan çıxması istisna deyil. Səbirli, təmkinli olun. Günün ikinci yarısında həmsöhbətlərdən biri kobudluğu və tərbiyəsizliyi ilə sizi sinirləndirəcək. Cavabınız adekvat olmalıdır. İfrata varmayın. Axşam saatlarında sizdən üzr istəyəcəklər.

Qız - Sağlam məntiqlə davranın, emosiyalara qapılmayın. Biznesdə və maliyyə məsələlərində riskli addımlar atmaq zamanı deyil. Nüfuzunuza zərbə vura biləcək insanlardan uzaq durun. Daşınmaz əmlak məsələlərinin həlli üçün əlverişli zamandır. Günün ikinci yarısı bankda hesab açmaq, kredit almaq üçün münasib deyil. Yaxınlarınızla təmaslarda fikir ayrılıqları volüntarist qərarların qəbuluna səbəb olmamalıdır. Lakonik danışın. Sürətlə hərəkət edin.