"iPhone 8" gözlənilən satış rekordunu qıra bilmədi


Digərləri 17 Okt 2017 23:38:00 334 0

"iPhone 8" gözlənilən satış rekordunu qıra bilmədi

"iPhone 8" mobil telefonu gözlənilən satış rekordunu qıra bilməyib.

Son.az Trend-ə istinadən bildirir ki, "Apple" şirkətinin sentyabrın 12-də təqdimatını keçirdiyi "iPhone 8" və "iPhone 8 Plus" yeni modelləri artıq bir çox ölkələrdə satışa çıxarılıb. Lakin bundan əvvəlki "iPhone 7" modeli iPhone 8-dən daha çox satılır.

Bunun səbəblərindən biri kimi noyabrda təqdimatı gözlənilən "iPhone X" modelinə görə iPhone 8-ə marağın azalması göstərilir.

Həmçinin iPhone 8-də "iPhone 7" ilə müqayisədə çox yenilik olmadığı üçün, həm də ucuz qiymətə görə əksər alıcıların əvvəlki modelə üstünlük verdiyi bildirilir.