Barselonanı etiraz aksiyaları bürüdü –


Dünya 17 Okt 2017 23:29:00 303 0

Barselonanı etiraz aksiyaları bürüdü –

İspaniyanın Milli Məhkəmə Palatası bazar ertəsi, oktyabrın 17-də, "Kataloniya Milli Assambleyası"nın rəhbəri Jordi Kuişar və "Omnium Cultural" təşkilatının prezidenti Jordi Sançezi girov hüququ olmadan həbs edilmələrinə dair qərar qəbul edib.

Son.az oxu.az-a istinadən bildirir ki, hər iki şəxs regionda insanları üsyana çağırmaqda ittiham olunur.

Məhkəmə qərarından sonra minlərlə kataloniyalı Barselona küçələrinə çıxaraq "repressiyalar heç nəyi həll etməyəcək" kimi şüarlar səsləndiriblər.

Xatırladaq ki, bundan əvvəl İspaniya Konstitusiya məhkəməsi Kataloniyada keçirilən müstəqillik referendumunun qanunsuz olduğunu bəyan edib.