İmam Hüseynlə (ə) Yezid arasında qohumluq olubmu?


Digərləri 17 Okt 2017 22:45:00 317 0

İmam Hüseynlə (ə) Yezid arasında qohumluq olubmu?

Onlar arasında uzaq qohumluq olub, hər ikisi Qüreyş qəbiləsindəndir. İmam Hüseyn (ə) Qüreyş qəbiləsinin Haşimilər qolundan, Yezid isə Əməvilər qolundandır. İmam Hüseynin (ə) beşinci nəsildən babası Haşimlə Yezidin beşinci nəsildən babası Əbdi-Şəms qardaş olmuşlar. Əbdi-Şəmsin oğlu Üməyyə öz əmisi Haşimlə rəqabətdə idi. Onların nəsli arasında da həmişə kəskin rəqabət və düşmənçilik olmuşdur.

Son.az islam.az-a istinadən bildirir ki, amma İmam Hüseynlə (ə) Yezidin münasibətlərini qohumluq əlaqələrinə bağlamaq düzgün deyil. Bəziləri bu mübarizəni iki qohumun hakimiyyət uğrunda döyüşü və ya iki nəslin düşmənçiliyi kimi təqdim etməyə çalışırlar. Əslində məsələ bundan daha dərin köklərə malikdir. İmam Hüseyn (ə) haqq-ədaləti qorumaq, İslamın məhv olmasını əngəlləmək niyyəti ilə qiyam etmişdi. Yezidin yerində başqa bir zalım hakim olsaydı, yenə İmam qiyam edəcəkdi.