Bakıda yenə kitab biabırçılığı – Qarabağ və Naxçıvan


Digərləri 17 Okt 2017 22:49:00 317 0

Bakıda yenə kitab biabırçılığı – Qarabağ və Naxçıvan

Bakıda Azərbaycan tarixi erməni yazıçısına istinadla öyrənilir?

Azərbaycanda satılan daha bir kitab qalmaqala səbəb olub. Femida.az xəbər verir ki, "AZER-GLOBE" İnstitutu yanında Qafqaz Tarixi Mərkəzi Gürcüstanda rus məxfi agenti və nümayəndəsi, polkovnik Stepan Daniloviç Burnaşevin (1743-1824) XVIII əsrə aid nadir əsərini tədqiq edib və çapa hazırlayıb. S.Burnaşevin üç əsərinin reprint nəşrini "XVIII əsr Qafqazı rus məxfi agentinin gözü ilə" adı altında "Teas Press" nəşriyyat evi hazırlayıb.  Son.az femida.az-a istinadən bildirir ki, kitab Türkiyədə çap edilib və Azərbaycanda satışa buraxılıb. Kitabdan məlum olur ki, polkovnik S.Burnaşev geniş agentura şəbəkəsi qurub və nəticədə Qafqaz haqqında "mühüm" materiallar toplayıb, Azərbaycan və Gürcüstanı təsvir edir. Qeyd olunan kitab guya "əski slavyan əlifbası" ilə yazılmış və uzun müddət sonra tapılmış sənədə istinadla hazırlanıb. Utandırıcı məqamlardan biri də kitab çap olunarkən erməni yazıçısı Akop Melik-Akopyanın əsərinə də istinad edilməsidir.  (İstinad edilən ədəbiyyat siyahıısnda erməni müəlliflər də var) Yəni   Məlum olub ki, kitabda Azərbaycanın tarixi torpaqları barədə təhrif olunmuş məlumatlar da yer alıb. Kitabın 12-ci səhifəsində Şuşadan bəhs edərkən Şuşanın Qarabağda yerləşən 5 erməni məliyindən biri olan Şah-nazara aid olduğu qeyd edilib: Həmin hissədən ixtisarla tərcümə: " Şuşa Qarabağda yerləşən 5 erməni məliyindən biri olan Siqnat məliyi Şa-nazara aid olub. Can - Şirvan (Red- Cavanşirlər sülaləsinin yaşadığı ərazini nəzərdə tutur.)kəndinin ağsaqqalının oğlu Pana (red- Pənahəli xanı nəzərdə tutur) Nadir şahın ölümündən sonra ətrafına silahlı dəstə toplayıb Siqnata girdi və özünü xan elan etdi. Onun oğlu İbrahim erməni məliyi Şa-nazarın qızı ilə evləndi və Şuşa qalasını tikdirdi. Bundan sonra Naxçıvan və Qarabağın digər kəndlərindən də öz ərazilərinə qatdı. Onun bu işləri görməsinə Çar İrakli mane olmurdu. Əksinə ona dəstək verirdi. Beləliklə, o, Qarabağ və Naxçıvan torpaqlarında Şuşa xanlığının əsasını qoydu..."  Müəllifin fikrindən belə çıxır ki, Azərbaycanın tarixi torpağı olan Şuşa daxil olmaqla bütövlükdə Qarabağ ermənilərə məxsus olub. Müəllif daha sonra İbrahim xanın yaratdığı qoşundan da söhbət açır.  "...Onun qoşununun tərkibində 7000-ə qədər erməni var idi", deyə müəllif yazır.  Daha sonra kitabda Gəncə xanlığı barədə söhbət açılır.Gəncənin böyük, ticarət yollarının üzərində yerləşdiyini qeyd edən müəllif yazır: "...Gəncənin xanları əvvəllər bütün Qarabağın sahibi olub. İbrahim xan Gəncəni işğal edəndə Məhəmməd xanı əsir götürür və nəzarətdə saxlayır. Bu işdə ona gürcü çarı İraklı kömək edir..." Daha sonra müəllif köçürmə proseslərindən bəhs edərkən əslində ermənilərin Qarabağa gəlmə olduğunu qeyd edib. Bununla da o, "Qarabağın erməni torpağı olduğu" ilə bağlı fikirlərini təkzib edir. Bu kimi təzadlı fikirlər kitabın sonuna qədər davam edir: "Şəhər və şəhərətrafı ərazilərə 3000-ə yaxın ailə köçürüldü. Onların yarısı erməni əsilli ticarətçilər idi. Onlar Tiflisin ticarət əlaqələrinin genişlənməsində mühüm rol oynayırdılar... Hindistan və İrana gedən ticarət yolları Gəncədən keçirdi... Gəncə əvvəllər Qarabağın paytaxtı olub. Şamxor (red-Şəmkir) və Qazax da onun tərkibində daxil idi. Sonradan gürcü çarı həmin əraziləri öz hakimiyyəti altına aldı..." "...Kür və Arazın sahilində köçüb gələnlər də yaşayırdı. Onlar yayda dağlarda, qışda isə İrəvan yaxınlığında yaşayırdılar. Sayları bəzən 2000, bəzən də 3000-ə qədər olurdu. Onlara nəzarəti isə Əli Sultan edirdi. Onun 600-ə qədər malikanəsi var idi..."- deyən müəllifin bu fikri də özünütəkzibdir. O, növbəti dəfə ermənilərin gəlmə olduğunu qeyd edir. Azərbaycanın qədim torpağı olan İrəvan şəhəri haqqında da kifayət qədər maraqlı məqamlara rast gəlinir. İrəvanın böyük bir şəhər olduğunu, Araz çayının sahilində, Şimaldan və Şimal-Şərqdən Gürcüstanla,Qərbdən isə Türkiyə ilə sərhəddə yerləşdiyini yazan müəllif daha sonra qeyd edir: " ...İrəvanın sahibi Məhəmməd xan faktiki çar İraklidən asılı idi. İraklinin atası Teymuraz onun atası Hüseyn bəyi İrəvanda xan elan etmişdi. Bununla bağlı ömürlük yazılı sənəd də imzalanmışdı..." Müəllif İrəvan xanlığının ordusunda kifayət qədər erməni olduğunu yazır: " ...İrəvan xanlığının 5000-ə yaxın döyüşçüdən ibarət ordusu var idi. Onların üçdə bir hissəsi ermənilərdən ibarət idi... "  Kitabda Ağrıətrafı ərazilərin "Ararat" adı altında bizlərə təqdim olunması isə bir ayrı dərddir.  Tarixi rüşvət "... Ararat Patriarxı Eçmiədzin ətrafında yaşayan erməniləri himayə edirdi. Erməni kəndlilərinin Məhəmməd xana mane olmaması üçün Patriarxdan rüşvət alırdılar. Bu məbləğ bəzən 1000, 2000 arsında dəyişirdi. Verilən pullar erməni kəndlilərinə borc adı ilə verilsə də, heç vaxt geri qaytarılmırdı..." Kitabda Naxçıvanla bağlı hissəsində nəinki ermənilərin, hətta ümumilikdə xristianların bu ərazilərə gəlmə olduqları deyilir. Naxçıvanın tarixindən bəhs edən müəllif yazır ki, Cəfərqulu xan o qədər də varlı olmadığı üçün onun qoşununda 1000 nəfərdən çox döyüşçü yox idi. Müəllif həmçinin bu vaxt Naxçıvanda yaşayan xristianların sayının cəmi 500 nəfər olduğunu qeyd edir.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid fotolar