Fransa prezidenti Jenvile səfəri zamanı fitə basılıb


Dünya 17 Okt 2017 22:34:55 325 0

Fransa prezidenti Jenvile səfəri zamanı fitə basılıb

Makronun siyasətinə təqribən 60 nəfər etiraz edib

Fransa prezidenti Emmanuel Makron Jenvile şəhərinə səfəri zamanı küçədə fitə basılıb.

“Report” xəbər verir ki, Makron Jenvileyə uşaq bağçasını ziyarət etmək və uşaqlar arasında yoxsulluqla mübarizə proqramını təqdim etmək üçün gedib.

Bildirilir ki, Makronun siyasəti əleyhinə olan təqribən 60 nəfər, eləcə də, həmkarlar ittifaqları fəalları və yerli sakinlər prezidenti fitə basıblar.