Tut yarpağının


Digərləri 17 Okt 2017 22:25:00 532 0

Tut yarpağının

Tut yarpağı bir çox xəstəliklərin müalicəsində istifadə edilən effektiv vasitədir.

Son.az publika.az-a istinadən xəbər verir ki, tut yarpağının bütün faydalarından səmərəli şəkildə istifadə etmək üçün onun çayını dəmləmək, yaxud təpitmə üsulu ilə istifadə etmək olar.

Qızdırma əleyhinə təsiri var

Tut yarpaqlarından hazırlanan çay temperaturu aşağı salır.

Sidikqovucudur

Tut yarpağı çayı sidikqovucu təsiri sayəsində bədəndəki şişi (ödəm) azaldır.

Qanda şəkərin səviyyəsini tarazlaşdırır

Tut yarpağının çayı qanda şəkər səviyyəsini tarazlaşdırmağa kömək edir.

Ürəyi qoruyur

Tut yarpağı ürək xəstəliklərinin yaranmasının qarşısını alır. Bunun üçün tut yarpaqlarını, yemişan çiçəkləri ilə birlikdə qaynadıb suyunu içmək lazımdır.

Soyuqdəymə, boğaz ağrısı

Boğaz ağrısı və bronxitin müalicəsi üçün səhər və axşam yeməyindən əvvəl ac qarına tut yarpağı içmək təklif edilir.

Qara ciyərə faydalıdır

Tut yarpağı qaraciyər hüceyrələrini təmizləyir.