"iPhone 8" gözlənilən satış rekordunu qıra bilmədi - SƏBƏBLƏR


Digərləri 17 Okt 2017 22:24:32 318 0

"iPhone 8" gözlənilən satış rekordunu qıra bilmədi - SƏBƏBLƏR

"iPhone 8" mobil telefonu gözlənilən satış rekordunu qıra bilməyib.

Bakı. "iPhone 8" mobil telefonu gözlənilən satış rekordunu qıra bilməyib. Trend-in məlumatına görə, "Apple" şirkətinin sentyabrın 12-də təqdimatını keçirdiyi "iPhone 8" və "iPhone 8 Plus" yeni modelləri artıq bir çox ölkələrdə satışa çıxarılıb. Lakin bundan əvvəlki "iPhone 7" modeli iPhone 8-dən daha çox satılır. Bunun səbəblərindən biri kimi noyabrda təqdimatı gözlənilən "iPhone X" modelinə görə iPhone 8-ə marağın azalması göstərilir. Həmçinin iPhone 8-də "iPhone 7" ilə müqayisədə çox yenilik olmadığı üçün, həm də ucuz qiymətə görə əksər alıcıların əvvəlki modelə üstünlük verdiyi bildirilir. Qeyd edək ki, iPhone 8-in ABŞ-da qiyməti 699 dollardan başlayır. iPhone X-in qiymətinin isə ən azı 999 dollar olacağı deyilir.