Azərbaycanlı müğənninin ƏZABLI həyatı: "Yoldaşım gözümün qabağında mənə xəyanət edirdi" VİDEO FOTO


Şou-biznes 17 Okt 2017 21:05:00 396 0

Azərbaycanlı müğənninin ƏZABLI həyatı: "Yoldaşım gözümün qabağında mənə xəyanət edirdi"  VİDEO  FOTO

"3 uşaqla çöllərə düşdüm"

Tanınmış müğənni, "Lalə" qızlar ansamblının keçmiş üzvü Elmira Əliyevanın Son.az-a müsahibəsi.

- Elmira xanım, bildiyim qədərilə "Lalə" qızlar ansamblının ilk üzvlərindən biri olmusunuz. O illəri necə xatırlayırsınız?

- "Lalə" qızlar ansambılına məni xalq artisti Ceyran Haşımova gətirmişdi. Onun hamıyla gözəl münasibətini görüb, özüm müraciət etmişdim. Səsimi yoxlamaq üçün bir mahnı verdi, mən də oxudum. Çox bəyəndi və məni ansambıla qəbul etdi. Bir müddət burada fəaliyyət göstərəndən sonra digər ansambıllara da dəvət aldım. Hətta məni bir-birinin ardınca AzTV-də verilişlərə də dəvət edirdilər. Sözün yaxşı mənasında, üstümda "dava" idi, hamı istəyirdi ki, onun rəhbərlik etdiyi ansambılda oxuyum. O vaxtı müğənni də axı çox yox idi. Raziyyə Şirinova, Kifayət Gəncəli və mən idim. Biz bir çox konsertlərdə, televiziya verilişlərində, dövlət tədbirlərində çıxış etmişik. İndi hamımız diqqətdən kənarda qalmışıq.

- Sənətə bir çox məşhurlarla birlikdə gəlmisiniz. Niyə onlar qədər məşhurlaşa bilmədiniz?

- Mən çox gözəl qız idim. Sənətdə 3-4 insan oldu ki, yolumu kəsdilər. 1957-ci ildən 1992-ci ilə qədər sənətimlə tam məşğul ola bildim.

- Yolunuzu kəsənlər kimlər idi?

- Adlarını çəkə bilmərəm, amma onu deyə bilərəm ki, qarşı cinsdən çox məşhur sənət adamları idi. Bir neçəsi ölüb, kaş ki, əvvəldən ölərdilər. Bir-ikisi isə yaşayır. Adlarını demək istəmirəm, çünki övladlarıma görə qorxuram.

- O vaxtı ailə həyatı qurmuşdunuz?

- Xeyr, hələ ailə həyatı qurmamışdım. Mən onların bütün təkliflərini rədd etdiyimə görə sənətdən geri qaldım. Həmişə namusumla, qeyrətimlə yaşamışam. Adıma ləkə gətirəcək bir hərəkət etməmişəm. Mənə "əvvəl divan, sonra ekran" kimi iyrənc təkliflər edirdilər. Mən bu cür təklifləri qəbul etmirdim.

- Sevənləriniz çox idi?

- Sevənlərim çox olsa da mən birini seçdim. Kaş seçməzdim (ağlayır). 3 dəfə nişanı qaytarmışdım, çünki yalançı idi. Mənə demişdi ki, müəlliməm, amma sürücü işləyirdi. Xasiyyəti çox pis idi. Onunla ayrılanda övladlarım çox balaca idi. İndi o da ağır xəstədir, ölüm ayağındadır.

- Ayrılmağınıza səbəb nə idi?

- Məni çox incidirdi, döyürdü. İnanın Allaha başımda qoz boyda şişlər var. O qədər başıma-başıma vurub ki (ağlayır). Saçımdan tutub məni sürüyürdü...

- İstəyi nə idi ki? Bəlkə oxumağınızı istəmirdi?

- Ailə həyatı quranda, onsuz da, məni oxumağa qoymadı. Deyirdim ki, deyirsən oxuma, oxumuram. Daha məni niyə döyürsən? 4 övladımız olsa da hazırda ikisi qalıb. Bir övladım 1, digər övladım 27 yaşında rəhmətə getdi. Ayrılandan sonra çadır toylarında oxumağa başladım. Sənət yoldaşlarım gəlib görürdülər ki, körpə uşaqlarımla ac-susuz qalmışam, məni toylara aparırdılar. Həmişə efirlərdə olmuşdum deyə çadıra girəndə utanırdım. Axşam saat 6-dan gecə saat 2-yə qədər ayaq üstə canlı ifa edirdim. Qazandığım da 50 manat pul idi. İndi müğənnilər yarım saat gedib fonoqram oxuyurlar, 2 min manat alırlar.

- Yoldaşınız içki düşkünü idi?

- İçki içsəydi, dərdim nə idi? Qumarbaz idi. Qazandıqlarımı da əlimdən alırdı. Üstəlik, mənə xəyanət də etmişdi. Mənlə evli ola-ola evimə bir qadın da gətirmişdi. Gözümün qabağında mənə xəyanət edirdi (ağlayır). Mənim çəkdiyim zülmləri heç kim çəkməyib. Ona görə də indi 3 cür xəstəlik tapmışam.

- Ayrılandan sonra harda yaşamağa başladınız?

- 3 övladımla çöllərə düşdüm. Ora-bura məktub yazdım, sonra mənə bir otaqlı ev verdilər. Elə oldu ki, o ev də üstümüzə uçdu. Bütün avadanlığım hamısı yararsız hala düşərək məhv oldu. Hazırda yaşadığım bir otaqlı evi o vaxtı 4 minə almışam.


Xəbərə aid fotolar