Tolik: "Səyyadla Mənzurə "tutuzdura bilmədilər"


Şou-biznes 17 Okt 2017 20:36:00 466 0

Tolik: "Səyyadla Mənzurə "tutuzdura bilmədilər"

"Səyyad Əlizadə ilə Mənzurə Musayeva illər əvvəl duet ortağı oldular. Amma gördülər ki, "tutuzdura bilmirlər", ayrıldılar". 

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) "Hər şey daxil" verilişində uğurlu və uğursuz duetlərdən danışarkən deyib. 

O, duetlərin toy qazanmaq məqsədilə ifa edilməsindən şikayətlənib:

"Namiqlə Aygünün dueti sırf eşqdən doğan duet idi. Baxmayaraq ki, onlar artıq heç bir dueti ifa etmirlər. Samir Piriyev Gülayla duet oxuyub, ama Gülayın səs tembrı Samirin səsinə uyğun deyil. Duet ortağı seçəndə toyu fikirləşməsinlər. Cavanşir Məmmədovla Firuzə İbadovanın uğurlu duetlərini görməsəm də, toy bazarında həmişə bir yerdədilər. Görməmişəm, afişaları olsun ki, filan yerdə konsertlər verəcəklər.