Belarus şirkəti Azərbaycana ixrac etdiyi məhsulların həcmini 2 dəfədən çox artırıb


İqtisadiyyat 17 Okt 2017 20:08:49 290 0

Belarus şirkəti Azərbaycana ixrac etdiyi məhsulların həcmini 2 dəfədən çox artırıb

"Bellesbumrom" bu ilin 8 ayında ölkəyə 9 mln. dollarlıq məmulat satıb

Belarusun "Bellesbumrom" şirkəti Azərbaycana ixrac etdiyi məhsulların həcmini bu ilin yanvar-avqust aylarında 2,3 dəfə artırıb.

"Report"un BELTA-ya istinadən verdiyi məlumata görə, şirkət bu ilin 8 ayında ölkəyə 9,44 mln. dollar (ötən ilin analoji dövrünə görə 2,3 dəfə çox) həcmində məhsul göndərib.

İxrac mallarının 54%-ni taxta-şalban və faner, ağac-yonqar və ağac-lif qarışıqlı plitələr təşkil edib. Bundan başqa, şirkət Azərbaycana divar kağızı, mebel, kibrit, kağız, qapılar, karton, pəncərə və digər taxta məmulatlar da tədarük edib.