İŞİD mundial öncəsi Rusiyanı hədələdi - FOTO


İdman 17 Okt 2017 20:15:00 270 0

İŞİD mundial öncəsi  Rusiyanı hədələdi - FOTO

İŞİD qruplaşması 2018-ci il dünya çempionatı zamanı Rusiyada terror aktları törətməyi planlaşdırır. Goal.az "Daily Mail"ə istinadən xəbər verir ki, ekstremist birlik tərəfindən hazırlanmış plakatda mundialın simvolu qarşısında silahlı terrorçu təsvir olunub. Şəklin altında rusca "bizi gözləyin" yazılıb.

İŞİD 2016-cı il Avropa çempionatı zamanı Fransada da terror aktları həyata keçirəcəyini bildirmişdi. Onların bütün cədləri boşa çıxmışdı. Rusiyada təşkil olunacaq dünya çempionatı 14 iyun - 15 iyulda 11 şəhərdə keçiriləcək.