Lənkəranda gənclər üçün treninq keçirilib


İqtisadiyyat 17 Okt 2017 19:58:28 285 0

Lənkəranda gənclər üçün treninq keçirilib

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar olub, iştirakçıların sualları cavablandırılıb

Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclər üçün treninq keçirilib. 

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, “Biznes ideyanı yarat”, “Biznes planların hazırlanması” və “Öz biznesinə başla” mövzularında keçirilən treninqdə iştirakçılara biznes ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes plan və onun tərtib edilməsi, istehsalat planı, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları və s. barədə məlumat verilib.

Tədbirdə iştirakçılara həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlar verilib.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıların sualları cavablandırılıb.