Con Hammond: Azərbaycanda əlverişli biznes və investisiya mühiti var FOTO


Digərləri 17 Okt 2017 19:50:00 303 0

Con Hammond: Azərbaycanda əlverişli biznes və investisiya mühiti var  FOTO

Bu gün ADA Universitetində Azərbaycan-Avstraliya biznes-forumunun iştirakçıları ilə görüş keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, görüşdə "Müasir dövrdə beynəlxalq ticarət və biznes üzrə çağırışlar və imkanlar" mövzusunda müzakirələr aparılıb.

Azərbaycan-Avstraliya Dostluq Cəmiyyətinin prezidenti Con Hammond Avstraliyanın Azərbaycana investisiya qoymaqda maraqlı olduğunu deyib. Bildirib ki, Azərbaycanda əlverişli biznes imkanları mövcuddur. Azərbaycanın sabit ölkə olduğunu deyən Con Hammond vurğulayıb ki, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi planlaşdırılır: "Azərbaycanda əlverişli biznes və investisiya mühiti mövcuddur. Azərbaycan dayanıqlı iqtisadi inkişafa malikdir. Burada kifayət qədər peşəkar kadr var. Bakıda bir neçə müvafiq qurumla əməkdaşlığa dair görüşlər keçirildi. Avstraliya Azərbaycanla neft sənayesi, maliyyə sektoru və kənd təsərrüfatı sahələrində əməkdaşlığı genişləndirəcək".

Qonaq Azərbaycanda həyat səviyyəsinin yüksək olduğunu da qeyd edib.


Xəbərə aid fotolar