Nərimanov və Nəsimi rayonlarının bir hissəsi susuz qalıb


İqtisadiyyat 17 Okt 2017 19:19:27 320 0

Nərimanov və Nəsimi rayonlarının bir hissəsi susuz qalıb

Hazirda Bakı Sukanal və Nərimanov Sukanal idarələrinin əməkdaşları hadisə yerində işləyir

500 mm-lik magistral kəmərdə baş vermiş qəza ilə əlaqədar Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.

Bu barədə “Report”a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, hazirda Baki Sukanal və Nərimanov Sukanal idarələrinin əməkdaşları hadisə yerində işləyir.